Rivaldo, Ronaldo, Neymar... İndi isə Deklan Rays
09.04.2025 - 09:38
Rivaldo, Ronaldo, Neymar... İndi isə Deklan Rays

"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays 1/4 finalda "Real Madrid"lə matçın (3:0) taleyini həll edib.

Apasport.az xəbər verir ki, 26 yaşlı ingilis cərimə zərbəsindən iki dəfə fərqlənib. O, 58-ci dəqiqədə hesabı açıb, 70-ci dəqiqədə dubla imza atıb.

Opta-nın məlumatına görə, Çempionlar Liqası tarixində yalnız 5 oyunçu eyni matçda iki dəfə cərimə zərbəsindən fərqlənib.

Əvvəllər bunu Rivaldo (2000-ci ildə “Milan”a qarşı), Kriştiano Ronaldo (2009, Sürix), Neymar (2018, “Srvena Zvezda”) və Hakim Ziyeş (2023, “Mançester Yunayted”) edib.

Həmçinin Rays pley-offda bunu bacaran ilk futbolçu olub.