Deku Xavinin gedişini istəmir
04.02.2024 - 13:27
Deku Xavinin gedişini istəmir

"Ümid edirik ki, Xavi mövsümün sonunda komandanı tərk etməyəcək"

Apasport.az xəbər verir ki, "Barselona"nın idman direktoru Deku Xavinin cari mövsümün sonunda komandanın baş məşqçi postunu tərk etmək qərarını şərh edib.

46 yaşlı portuqaliyalı Xavinin işindən razı olduqlarını, məşqçinin qərarını dəyişəcəyinə ümid etdiklərini vurğulayıb: “Biz baş məqçimizdən razıyıq. Onun belə bir qərar alması hər kəsi təəccübləndirib. Bunu müzakirə etməyək. Bu xoşagəlməz hissdir, çünki növbəti mövsümdə ona ümid edirdik İnanırıq ki, o, bu qərarını bir daha gözdən keçirəcək”.

0