Dibala Səudiyyə Ərəbistanına keçə bilər
15.05.2024 - 12:53
Dibala Səudiyyə Ərəbistanına keçə bilər

İtaliya A Seriyası təmsilçilərindən "Roma"nın hücumçusu Paulo Dibala karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, forvard “Əş-Şəbab”ın radarına düşüb.

“Transfermarkt” portalı hücumçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir. “Əl-Şəbab” bu məbləği ödəməyə hazırdır.

Xatırladaq ki, daha əvvəl Dibala ilə "Atletiko Madrid"in maraqlandığı bildirilirdi . 

Qeyd edək ki, bu mövsüm Paulo İtaliya çempionatında keçirdiyi 26 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə edib.

0