"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko UEFA Avropa Liqasında "Brann"la oyun öncəsi açıqlamalar verib.
Apasport.az xəbər verir ki, mütəxəssis sabahkı oyunda ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçunun olacağını bildirib:
"Mən gənc məşqçiyəm, amma bu sahədə özümü təcrübəli hiss edirəm. Bu, mənim 800-cü mətbuat konfransım ola bilər. Məşqçinin işi vəziyyətə uyğun hərəkət etməkdir. Məsələn, "Ferencvaroş" matçında çoxlu boşluqlarımız oldu. Bu vəziyyətin həlli yollarını tapmaq lazımdır. Komanda daxilində ən yaxşı həlli tapmalıyıq. Asensio sabah əzələ problemi səbəbindən olmayacaq. Alvarezin də biləyində ağrı var. Şimanski dizində problem hiss edir. Bartuğ ümumiyyətlə siyahıda yer almayıb. Sabah ehtiyat oyunçular skamyasında cəmi 4 futbolçumuz olacaq. Amma mən heç vaxt bu vəziyyətə görə ağlamaram".
Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtilə 00:00-da start götürəcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı