Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən dünyanın simvolik yığmasını açıqlayıb.
Apasport.az xəbər verir ki, qurumun rəsmi saytında dərc olunan siyahıda ilin ən yaxşı futbolçuları mövqelər üzrə yer alıb.
Qapıçı:
Canluici Donnarumma (PSJ)
Müdafiəçilər:
Nunu Mendeş (PSJ)
Vilyam Paço (PSJ)
Əşrəf Hakimi (PSJ)
Yarımmüdafiəçilər:
Vitinya (PSJ)
Pedri (“Barselona”)
Lamin Yamal (“Barselona”)
Hücumçular:
Kilian Mbappe (“Real Madrid”)
Erlinq Haaland (“Mançester Siti”)
Harri Keyn (“Bavariya”)
Usman Dembele (PSJ)
Qeyd edək ki, IFFHS daha əvvəl 2025-ci ilin ən yaxşı məşqçilərini də açıqlamışdı. Klub səviyyəsində ilin məşqçisi PSJ-nin baş məşqçisi Luis Enrike, milli komandalar arasında isə İspaniya yığmasının çalışdırıcısı Luis de la Fuente seçilmişdi.