Londonun "Çelsi" klubu Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobel ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Məlumata görə, "Borussiya" rəhbərliyi əsas oyunçulardan biri ilə ayrılmaq istəmir, ona görə də onun üçün 70 milyon avro istəyir.
Dortmund təmsilçisinin istədiyi məbləğin "Çelsi"yə uyğun olub-olmayacağı bəlli deyil.
"Transfermarkt" qapıçının transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm 27 yaşlı qolkiper Dortmund klubu ilə 19 oyun keçirib, 27 qol buraxıb.
Futbolçunun "Borussiya" ilə müqaviləsi 2028-ci ilin ortalarında başa çatacaq.