“Dortmund” Nurinin əvəzləyicisini tapdı
22.01.2025 - 20:56
Almaniya Bundesliqası komandalarından “Borussiya Dortmund” baş məşqçisi Nuri Şahinlə yolları ayırmışdı.
Apasport.az xəbər verir ki, klub təcrübəli çalışdırıcı Niko Kovaçla danışıqlara başlayıb.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Bundesliqa təmsilçisi xorvat mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalayacaq.
Xatırladaq ki, “Dortmund” dünən Çempionlar Liqasının VII turunda səfərdə “Bolonya”ya 2:1 hesablı məğlubiyyətdən sonra baş məşqçi Nuri Şahinlə yolları ayırmışdı.
Qeyd edək ki, Kovaç son olaraq “Volfsburq”a rəhbərlik edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0