“Dortmund”un futbolçusu Bundesliqada klubunu dəyişib
05.01.2026 - 23:48
"Borussiya Dortmund"un futbolçusu Kol Kembell Bundesliqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, 19 yaşlı vinger "Hoffenhaym"a keçib.
Bu barədə klubun mətbuat xidmətiməlumat yayıb.
Razılaşmaya əsasən, ABŞ-li oyunçu cari mövsümün sonuna qədər "Hoffenhaym"un formasını geyinəcək.
Qeyd edək ki, Kol 2022-ci ildən "Dortmund"da çıxış edir.
0
0