Dumfris Premyer Liqaya keçə bilər
08.05.2024 - 17:52
Dumfris Premyer Liqaya keçə bilər

"İnter"in yarımmüdafiəçisi Denzel Dumfris karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. 

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu ilə "Mançester Yunayted" yaxından maraqlanır. Klubun baş məşqçisi Erik ten Haq postunda qalarsa, "qırmızı şeytanlar" yayda onu transfer etməyə çalışacaq.

Qeyd edək ki, 28 yaşlı Dumfris 2021-ci ilin yayından etibarən Milan klubunda çıxış edir. Cari mövsüm o, bütün turnirlər daxil olmaqla 34 oyunda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. 

0