
İngiltərə Premyer Liqası təmsilçilərindən "Aston Villa"nın qolkiperi Emiliano Martinez yayda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, dünya çempionu ilə "Mançester Yunayted" və "Atletiko Madrid" yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, hər iki komanda 32 yaşlı futbolçu üçün yayda təklif göndərməyi planlaşdırır.
Xatırladaq ki, Martinez "Aston Villa"ya 2020-ci ildə "Arsenal"dan 17,4 milyon avroya transfer olunmuşdu.
Argentina millisinin üzvü bu mövsüm komandasının heyətində 52 rəsmi matçda iştirak edib. Onun Premyer Liqa klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.