Dünyada ən çox satılan forma açıqlandı
19.03.2024 - 16:19
Dünyada ən çox satılan forma açıqlandı

Lionel Messinin "İnter Mayami" forması 2023-cü ildə dünyanın ən çox satılan forması olub. 

Apasport.az xəbər verir ki, şirkət ötən il MLS-də ən çox satılan köynəklərin Messi formalarının olduğunu bildirib.

Əsas məqam isə Messinin "İnter Mayami"dən olan köynəklərinin satış sayının Argentina millisindən öz köynəklərinin satışını üstələməsidir. 

Messinin Avropada oynamamasına baxmayaraq, onun populyarlığı "Barselona"da işlədiyi illərdə olduğu kimi yüksək səviyyədə qalır.

0