Edin Ceko A Seriyasına qayıdır
12.06.2025 - 12:31
Edin Ceko A Seriyasına qayıdır

Ötən mövsümün sonu Fənərbaxçadan ayrılan Edin Cekonun yeni komandası bəlli olub.

Apasport.az xəbər verir ki, İtaliya A Seriyası təmsilçilərindən "Bolonya" bosniyalı hücumçuya 1+1 illik müqavilə təklif edib.

Təklifə isti yanaşan Cekonun bu gün yeni komandasıyla müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 39 yaşlı forvard Fənərbaxça formasıyla 2024-2025 mövsümündə çıxdığı toplam 53 matçda 21 qol, 8 assistlə yadda qalıb.