Edin Visça daha 2 il “Trabzon”da
23.01.2025 - 19:58
Türkiyə Super Liqası komandalarından “Trabzonspor” Edin Visçayla müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, klub 34 yaşlı futbolçu ilə 1+1 illik yeni razılaşma əldə edib.
Bu barədə Qara dəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Vinger yeni müqaviləyə əsasən illik 1,5 milyon avro gəlir əldə edəcək.
Xatırladaq ki, Visça “Trabzonspor”a 2022-ci ildə “Başakşəhər”dən 4,3 milyon avroya transfer edilmişdi.
Qeyd edək ki, Bosniya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində çıxış etdiyi 20 rəsmi qarşılaşmada 4 qol, 7 assistlə yadda qalıb.
- “Yuventus” “Atletiko”nun hücumçusunu transfer etmək istəyir
- “Beşiktaş”ın sabiq baş məşqçisi Fransa klubuna keçir
- "Barselona" "Mançester Siti"nin müdafiəçisini transfer etmək istəyir
- Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA
- “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır”
0
0