Əfsanəvi futbolçu Parisdə qarət olunub
26.07.2024 - 17:05
Əfsanəvi futbolçu Parisdə qarət olunub

Dünya çempionatının bürünc mükafatçısı Ziko Parisdə qarət olunub.

Apasport.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Ziko Braziliya Olimpiya nümayəndə heyətinin tərkibində Parisə gəlib.

Hadisə isə dünya çempionatının mükafatçısı taksidən düşərkən baş verib.

"Naməlum şəxslər onun diqqətini yayındırıb, bu zaman digər şəxs içərisində qızıl-zinət əşyaları və “Rolex” saatı olan çamadanı götürüb", - nəşr yazır.

Qeyd edək ki, 71 yaşlı Ziko 1978-ci il dünya çempionatının bürünc mükafatçısıdır. O, millinin heyətində 71 oyun keçirib və 48 qol vurub.

Ziko Yaponiya, İraq, Qətər, Hindistanda məşqçi kimi çalışıb, eyni zamanda Türkiyənin “Fənərbaxça”, Özbəkistan “Bunyodkor”, Rusiyanın ÇSKA və Yunanıstan “Olimpiakos”una rəhbərlik edib.

0