“Əl-Hilal” Usman Dembele üçün astronomik təklif hazırlayıb.
Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu PSJ-nin fransalı hücumçusunu heyətinə qatmaq istəyir.
“Əl-Hilal” 29 yaşlı futbolçuya 4 illik müqavilə təklif edib.
Səudiyyə təmsilçisinin Dembeleyə illik 200 milyon avro maaş verməyə hazır olduğu bildirilir.
PSJ-də əsas oyunçulardan biri olan fransalı vingerin Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Usman Dembele 2025/2026 mövsümündə PSJ ilə həm Fransa Liqasının, həm də Çempionlar Liqasının qalibi olub. Ötən il qızıl top mükafatına da layiq görülən fransalı vinger geridə qalan mövsümdə Liqa 1-də 22 oyunda 10 qol, 7 assist, Çempionlar Liqasında isə 13 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.