"Əl Nəsr" Pioli ilə razılaşıb
18.09.2024 - 12:50
"Əl Nəsr" Pioli ilə razılaşıb

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi "Əl Nəsr"in yeni baş məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Səudiyyə Ərəbistanı təmsilçisinin sükanı Stefano Pioliyə tapşırılacaq. Pioli ilə razılıq əldə edilib və yaxın zamanda təyinat rəsmiləşəcək.

Stefanonun son ünvanı "Milan" olub. Mütəxəssis "Əl Nəsr"də dünən istefaya göndərilən Luiş Kaştronu əvəzləyəcək.

"Əl Nəsr" Səudiyyə Ərəbistanı çempionatında 3 turdan sonra 5 xalla 7-ci sıradadır.

0