Elif Elmas İtaliyaya qayıtdı: Bu dəfə "Napoli"yə yox
30.01.2025 - 14:54
Almaniya Bundesliqası komandalarından "Leypsiq"in yarımmüdafiəçisi Elif Elmas karyerasını İtaliya klubunda davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Torino" futbolçunu 2025-ci ilin yayına kimi icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, müqavilədə 17 milyon avroluq satınalma maddəsi də yer alıb.
Elif Elmas daha əvvəl "Fənərbaxça" və "Napoli" kimi klublarda da çıxış edib.
Qeyd edək ki, makedoniyalı yarımmüdafiəçi bu mövsüm Almaniya təmsilçisinin heyətində çıxış etdiyi 6 oyunda 1 assistlə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
1
0