Elneni yenidən "Beşiktaş"a doğru
20.11.2023 - 20:19
Muhammed Elneni keçmiş klubu “Beşiktaş”a qayıtmağı arzulayır.
Apasport.az xəbər verir ki, hazırda “Arsenal” forması geyinən futbolçu agenti vasitəsi ilə “qara-qartlallar”a ismarıc göndərib.
2019/20 mövsümündə icarə əsasında Super Liqa təmsilçisinin formasını geyinən Misir millisinin futbolçusu performansı ilə azrkeşlərin rəğbətini qazanmışdı. Hazırda çıxış etdiyi London klubunda meydana az-az çıxmasından şikayətçi olan 31 yaşlı orta xətt oyunçusu Super Liqada oynamaqda maraqlıdır.
Qeyd edək ki, bu mövsüm 3 matçda “Arsenal” forması geyinən Elneni cəmi 12 dəqiqə meydanda olub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0