Türkiyə millisinin sabiq üzvü Emre Morun yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, 27 yaşlı vinger Niderlandın "NEC Neymegen" klubu ilə 2 illik müqavilə imzalayıb.
Emre Mor son olaraq "Fənərbaxça"nın formasını geyinirdi. O, İstanbul təmsilçisində əsas heyətdə möhkəmlənə bilmədiyi üçün ötən mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.
Qeyd edək ki, Danimarkada dünyaya gələn Emre Mor karyerası ərzində "Nordsyelland", Dortmund "Borussiya"sı, "Selta", "Qalatasaray", "Olimpiakos", "Fatih Karagümrük", "Fənərbaxça" və "Eyüpspor"un formasını geyinib.
O, Türkiyə millisində keçirdiyi 15 oyunda 1 qol vurub.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı