Ən yaxşı italyan baş məşqçi bəlli olub
09.09.2024 - 14:34
"FourFourTwo" portalı futbol tarixinin ən yaxşı italyan məşqçilərinin reytinqini dərc edib.
Apasport.az xəbər verir ki, siyahıda birinci yeri “Real Madrid”in hazırkı çalışdırıcısı Karlo Ançelotti tutub.
Ançelotti ötən mövsüm “Los Blancos”la UEFA Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub. İkinci yerdə “Yuventus” və “Milan”ın keçmiş baş məşqçisi Covanni Trapattoni qərarlaşıb.
İlk üç italiyalı mütəxəssisi "Milan", "Atletiko Madrid" və "Parma"da çalışmış Arriqo Sakki tamamlayır.
Fabio Kapello və Vittorio Pozzo ilk 5-liyə düşüb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0