Enrike futbolçusundan narazıdır
15.11.2024 - 11:44
PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçisi Fabian Ruizdən şikayətlənib.
Apasport.az xəbər verir ki, mütəxəssis hesab edir ki, Ruiz klubda İspaniya millisinin heyətində çıxış etdiyi matçlardan daha zəif oyun nümayiş etdirir.
PSJ yarımmüdafiəçidən irəliləyiş gözləyir.
Fabian Ruiz cari mövsümdə Fransa çempionunun heyətində 14 matçda 1 qol və 1 məhsuldar ötürmə edib. Futbolçu hazırda Millətlər Liqasında mübarizə aparan İspaniya millisinin heyətində 4 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
28 yaşlı futbolçu ötən mövsüm İspaniya yığması ilə Avro 2024-ün qalibi olub.
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
0
0