Eriksen "Mançester Yunayted"lə vidalaşır
26.05.2025 - 07:55
Eriksen "Mançester Yunayted"lə vidalaşır

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kristian Eriksen klubdan ayrılır.

Apasport.az xəbər verir ki, tərəflər yayda başa çatacaq müqaviləni yeniləməyiblər.

"Aston Villa" ilə matçdan (2:0) sonra danimarkalı mətbuata açıqlama verib: 

"Xüsusi vaxt idi, uğursuzluqlar və qələbələr oldu. Belə bir klubda oynayanda daim təzyiq hiss edirsən və bu, mənim xoşuma gəlir. İndi bir az dincələcəm, sonra milli komandanın olduğu yerə gedəcəm. Görək, bundan sonra harada oynayacam".

Qeyd edək ki, Eriksen mankunianların heyətində 107 oyun keçirib, 8 qol vurub və 18 məhsuldar ötürmə edib.