"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının cari mövsümündə vurduğu qolların sayını 20-yə çatdırıb.
Norveçli futbolçunun yubiley qolu 21-ci turun "Brayton"a qarşı keçirilən oyununda qeydə alınıb. Haland görüşün 41-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirib.
Apasport.az xəbər verir ki, Haland hazırda Avropanın beş əsas liqasında ən çox qol vuran futbolçular siyahısına başçılıq edir. O, bu göstəricidə "Bavariya"nın hücumçusu Harri Keyni (19 qol) geridə qoyaraq, mövsümdə 20 qol həddinə çatan ilk oyunçu olub.
Bundan əlavə, 25 yaşlı forvard Premyer Liqanın bombardirlər siyahısında da irəliləyib və "Brentford"un hücumçusu İqor Tiaqonu (15 qol) geridə qoyub.
Qeyd edək ki, Erlinq Haland “Mançester Siti”nin heyətində bütün turnirlərdə vurduğu qolların sayını 150-yə çatdırıb.