"Everton"un futbolçusu millimizlə matçı buraxacaq
04.09.2025 - 17:53
"Everton"un futbolçusu millimizlə matçı buraxacaq

DÇ-2026-nın seçmə mərhələsinin II turunda Azərbaycan millisinin qonağı olacaq Ukrayna yığmasının heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, sol cinah müdafiəçisi Vitali Mikolenko sıradan çıxıb.

Bu barədə Ukrayna Futbol Federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Everton"un futbolçusu klubunda zədə alıb. Onun əvəzinə Kiyev "Dinamo"sundan Vladislav Dubinçak yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması 9 sentyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.