Falkaonun qol vurduğu toplar satışa çıxarılıb
13.08.2025 - 12:10
“Qalatasaray” və Kolumbiya millisinin sabiq forvardı Radamel Falkaonun son klubu “Millonarios”da vurduğu son 4 qolun topları satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb.
39 yaşlı hücumçunun ikisi “Santa Fe”yə, biri “Nasional”a, digəri isə “Onse Kaldas”a vurduğu qolların topları hərraca çıxarılıb.
Topların qiymətləri isə belədir:
"Santa Fe" (0-1): 25 min dollar
"Onse Kaldas" (2-2): 20 min dollar
"Santa Fe" (1-2): 50 min dollar
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0