“Atalanta”nın futbolçusu Ademola Lukmanın yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, nigeriyalı vinger Madridin “Atletiko” klubuna transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 35+5 milyon avro ödəyəcək. 28 yaşlı futbolçu ilə 4,5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Nigeriya millisinin üzvü ilə “Fənərbaxça” da yaxından maraqlanırdı. İstanbul təmsilçisi “Atalanta” ilə ödəmə planı ilə bağlı yaşanan anlaşmazlıqlar səbəbindən bu transferi həyata keçirə bilməmişdi.
Qeyd edək ki, Lukman bu mövsüm A Seriyasında “Atalanta”nın heyətində keçirdiyi 12 oyunda 2 qol vurub.
- “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə