"Fənər" sabiq futbolçusunu geri qaytarır?
21.04.2026 - 10:37
“Fənərbaxça” hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, komanda İspaniyanın “Malyorka” klubunda çıxış edən Vedat Muriqi ilə yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, “sarı-lacivərdlilər” yayda 31 yaşlı hücumçu üçün rəsmi təklif göndərəcək. La Liqa təmsilçisi Kosovo millisinin üzvü üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, Vedat Muriqi bu mövsüm “Malyorka”nın heyətində keçirdiyi 30 rəsmi matçda 21 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019–20 mövsümündə də “Fənərbaxça”nın şərəfini qoruyub.
- Frankulinyonun "astarı üzündən baha gəldi" – “Trabzonspor” 25 milyon ödəyəcək
- “Barselona”nın 14 yaşlı yeni "qol maşını" – 30 oyunda 96 qol
- Avroliqadan həvəskar liqaya – “Yeni Malatyaspor”un çöküşü
- “Marsel” Genesionu göndərmək istəsə də, "əli-qolu bağlıdır"
- “Valensiya”da yeni baş məşqçi – Xavyer Aqirre yenidən İspaniyada
0
0