Türkiyə Super Liqasının XXX turu çərçivəsində "Fənərbaxça" öz meydanında "Trabzonspor"la üz-üzə gələcək.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" əcnəbi hakim istədiklərini və Qara dəniz təmsilçisi ilə eyni mövqedə durduqlarını bəyan edib:
"Həftəsonu "Trabzonspor"la keçirəcəyimiz qarşılaşmada da gözləntimiz eynidir. Son qarşılaşmada baş verən hadisələrin yaşanmamasını, qərəzli qərarlarla komandamızın qarşısının alınmamasını, meydanda yaxşı çıxış edib, qalib gəlməsini istəyirik. Bu şərtlər təmin olunarsa, komandanın çempionluq yolunda inamla irəliləyəcəyinə tam əminik. Rəqib tərəfin də oyunu idarə edəcək hakimlə bağlı narahatlıqlarda oxşar mövqe sərgiləməsi bu çağırışımızın nə qədər haqlı və ortaq bir tələb olduğunu sübut edir. Biz də bu mərhələdə ədalətin təmin olunması üçün mövqeyimizi açıq şəkildə ortaya qoyuruq. Baş məşqçimiz də müvafiq hakimin fəaliyyəti ilə bağlı fikirlərini həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlardan sonra ifadə etməklə məsələyə obyektiv yanaşdığını göstərib. Bir daha vurğulamaq istəyirik ki, komandamız həmişə ədalətin tərəfində olub".
- UEFA-dan bəyanat – Təhlükəsizliyə cavabdeh deyilik
- Gürcüstan Futbol Federasiyasına haker hücumu – “Fələstinə azadlıq”
- “Mançester Siti”yə qarşı sərt tələb – Klubun satılmasını istəyirlər
- Batumidə saxlanılan 16 “Beşiktaş” azarkeşi sərbəst buraxılıb
- Dünən Vinisius, bu gün Arda – Mourinyodan müzakirələrə cavab