
"Fənərbaxça" əfsanələri və "Şalke 04"ün keçmiş futbolçuları yoldaşlıq oyunu keçirəcək.
Apasport.az xəbər verir ki, qarşılaşma Almaniyada baş tutacaq.
Yoldaşlıq görüşündə Serkan Özsoy, Erol Bulut, Mehmet Yozqatlı, Elvir Boliç, Miroslav Stoch, Bülent Uyğun, Ceyhun Fersoy, Ali Bilgin, Önder Turacı, Deniz Barış, Kamal Aslan, Serkan Balcı, Erhan Albayrak, Bruno Alves və Marcio Nobre kimi futbolçuların "sarı-lacivərdli" forma ilə çıxış edəcəyi gözlənilir.
Yılmaz Vural və Bülent Uyğun da "Fənərbaxça Əfsanələri" komandasının texniki heyətində yer alacaq.
"Şalke 04" komandasında isə Olaf Thon, Oliver Reck və Ailton Goncalves kimi tanınmış adların oynayacağı ehtimal edilir.
Qeyd edək ki, görüş aprelin 12-si Bakı vaxtilə saat 16:30-da start götürəcək.