Münhenqladbax "Borussiya"sının futbolçusu Natan Nqumu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Fransalı vingerin xidmətində "Fənərbaxça" maraqlıdır.
Türkiyə təmsilçisi Nqumunun transferi üçün Almaniya klubu ilə danışıqlara başlayıb. Super Liqa nəhəngi 24 yaşlı ön xətt oyunçusunu yanvar ayında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, "Borussiya" Natan Nqumunu 2022-ci ilin avqust ayında "Tuluza"dan transfer edib. Fransa U-21 millisinin sabiq üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb. O, qol və ya assistlə yadda qalmayıb.
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"