“Fənərbaxça” heyətini braziliyalı dayaq yarımmüdafiəçisi ilə gücləndirməyi planlaşdırır.
Apasport.az “A Bola”ya istinadən xəbər verir ki, Türkiyə klubu “Palmeyras”ın üzvü Lukas Evangelistanı transfer etməyi niyyətindədir.
Hazırda İstanbul klubunun rəsmiləri braziliyalılarla danışıqlara start verib. Transfer dəyəri 3,5 milyon avro olan 30 yaşlı futbolçunun “Palmeyras”la müqavilə müddəti 2026-cı il dekabrın 31-nə qədərdir.
Evangelistanın özünün də, “Fənərbaxça”da oynamağa müsbət yanaşdığı iddia edilir. Lukas karyerası ərzində “Sao Paolo”, “Udineze”, “Panatinaikos”, “Eştoril”, “Nant”, “Vitoriya Gimayareş”, “Braqantino” klublarında oynayıb.
- İngiltərənin üç klubu Arda ilə maraqlanır
- Domeniko Tedesko: "Mən heç vaxt bu vəziyyətə görə ağlamaram"
- Türkiyə - Rumıniya matçının keçiriləcəyi stadion müəyyənləşib
- "Real" – "Mançester Siti" qarşılaşması bu kanalda
- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu