"Fənərbaxça" iki itki ilə meydana çıxacaq
24.01.2026 - 20:46
Türkiyə Super Liqasının 19-cu turunda sabah "Fənərbaxça" doğma meydanda "Göztepe" ilə qarşılaşacaq.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bu oyunda iki futbolçusunun xidmətlərindən yararlana bilməyəcək.
Bir müddətdir zədə səbəbindən meydanlardan uzaq qalan Arçi Braun və Levent Mercan sabahkı görüşdə də komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, qarşılaşma "Çobani" stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0