"Fənərbaxça" İntizam Şurasına göndərildi
09.04.2024 - 16:40
"Fənərbaxça" İntizam Şurasına göndərildi

7 aprel 2024-cü ildə "Qalatasaray" və "Fənərbaxça" arasında keçirilən Super Kubok matçında baş verən hadisələrdən sonra TFF Hüquq Məsləhətçiliyi tərəfindən İntizam Şurasına edilən müraciətlər müəyyənləşib. 

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

"Bülbüllər" matçı yarımçıq tərk etdikləri üçün Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərilib. "Fənərbaxça"nın İdarə Heyətinin üzvü Ahmet Ketencinin eyni yarışda idmana uyğun olmayan davranışı səbəbilə PFDK-ya göndərilməsi qərara alınıb.

"Qalatasaray" isə "çirkin" şüarlara görə İntizam Şurasına sövq edilib. 

Qeyd edək ki, "Fənərbaxça" əzəli rəqibi "Qalatasaray"la matça U-19 komandası ilə çıxıb. Görüşün ilk dəqiqəsində qapısında qol görən "sarı-lacivərdlilər" oyunun 3-cü dəqiqəsində meydanı tərk ediblər. Beləliklə, Super Kubok matçı yarımçıq qalıb. 

0