"Fənərbaxça" İsmail Kartal iddialarını təkzib edib
24.09.2024 - 17:17
"Fənərbaxça" İsmail Kartal iddialarını təkzib edib

Super Liqa təmsilçilərindən "Fənərbaxça" İsmail Kartalla bağlı iddiaları təkzib edib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdli" klubun sosial media hesabından edilən paylaşımda Ali Koçun Kartalla görüşmədiyi bildirilib: 

"Ekol TV" adlı televiziya kanalında Onur Yıldız adlı şəxsin prezidentimizlə bağlı "eşitdim" dediyi iddialar və prezidentimizin keçmiş baş məşqçimiz İsmail Kartala "heç bir komanda ilə razılaşmayın, gözləyin" iddiaları tamamilə yalandır.

İctimaiyyətdən xahiş edirik ki, bu və buna bənzər qeyri-real bəyanatlara diqqət etməsinlər".

Qeyd edək ki, ötən gün televiziya aparıcısı Onur Yıldız Ali Koçun İsmail Kartala "heç bir klubla anlaşma" dediyini iddia edib. 

0