"Fənərbaxça" Joze Mourinyonu açıqladı - Rəsmi
01.06.2024 - 11:18

Super Liqa təmsilçilərindən "Fənərbaxça" dünyaca məşhur portuqaliyalı məşqçi Joze Mourinyo ilə danışıqlara başladığını rəsmən açıqlayıb.
Apasport.az xəbər verir ki, İstanbul klubu məsələ ilə bağlı KAP-a müraciət edib.
Müraciətdə, klubla portuqaliyalı çalışdırıcı arasında danışıqlara rəsmən başlanıldığı bildirilib.
Qeyd edək ki, mətbuatda "sarı-lacivərdli" klubla Mourinyo arasında 2+1 illik sözləşmə imzalandığı ilə bağlı iddialar səslənib.
0
0