"Fənərbaxça" müdafiəçisini satır - iddia
04.02.2024 - 17:46
"Fənərbaxça" müdafiəçisini satır - iddia

“Fənərbaxça” daha bir futbolçu ilə yolları ayırmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, “sarı-laciərt” komandanın məşqçi heyəti Luan Peresin oyunundan narazıdır.

29 yaşlı müdafiəçinin menecerləri İstanbula dəvət olunub. İddialara görə, braziliyalı futbolçunun nümayəndələrindən Peresə mövsümün sonunda yeni komanda tapmaları istəniləcək. Hələlik klubdan iddialara hər hansı bir cavab verilməyib.

Qeyd edək ki, 2022-ci ilin iyulundan “Fənərbaxça”nın şərəfini qoruyan Peres bu mövsüm cəmi 3 matçda meydana çıxıb.  

0