“Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib
22.12.2025 - 17:54
“Fənərbaxça” Musaba üçün hərəkətə keçdi – Tedesko şəxsən istəyib

“Fənərbaxça” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, Türkiyə nəhəngi hazırda “Samsunspor”un formasını geyinən Antoni Musabanı transfer siyahısına daxil edib. Bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. 

Mənbəyə görə, İstanbul təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün “Samsunspor”la ilkin təmaslara başlayıb. Qeyd olunur ki, belçikalı baş məşqçi Domeniko Tedesko Musabanın transferində israrlıdır və futbolçunu heyətində görmək istəyir.

“Fənərbaxça” rəhbərliyi Tedeskonun istəyi əsasında prosesi sürətləndirməyi planlaşdırır.