“Fənərbaxça” qanalı müdafiəçini transfer etdi – RƏSMİ
28.08.2026 - 22:08
“Fənərbaxça” qanalı müdafiəçini transfer etdi – RƏSMİ

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi qanalı müdafiəçi Kojo Peprah Opponqla razılığa gəldiyini rəsmən açıqlayıb.

Yeni transferin imza mərasimi avqustun 29-da “Şükrü Saracoğlu” İdman Kompleksində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 12:00-da başlayacaq və mətbuat üçün açıq olacaq.

İmza mərasimində “Fənərbaxça”nın futbol direktoru Oğuz Çetin də iştirak edəcək.

Qeyd edək ki, 22 yaşlı Kojo Peprah Opponq mərkəz müdafiəçisi mövqeyində çıxış edir.