
İstanbulda "Fənərbaxça" klubunun konqresi keçirilib.
Apasport.az xəbər verir ki, komandanın konqres üzvləri səsvermədən sonra 4 bənd üzrə idarə heyətinə tam səlahiyyət verib.
1) Superkubok matçında oynamamaq və ya uyğun bir tarixə təxirə salınmadan və əcnəbi hakim təyin edilmədikcə U-19 komandası ilə oynamaq.
2) Növbəti iki mövsümdə Türkiyə Kubokunda iştirak etməmək və ya U-19 komandası ilə iştirak etmək.
3) Türkiyədə futbol fəaliyyəti ilə bağlı qərarlardan asılı olmayaraq, xaricdə futbolun strukturlaşdırılmasına və təşkilinə başlamaq.
4) Hadisələrlə bağlı UEFA və FİFA-nın müvafiq şuralarına müraciət etmək.