Ötən mövsüm Türkiyə Super Liqasının 37-ci həftəsində keçirilən "Qalatasaray" - "Fənərbaxça" (0:1) derbisindən sonra yaşanan hadisələr zamanı Eray Yazqana söyüş söydüyü iddiası ilə "sarı-lacivərdlilər"in İdarə Heyətinin üzvü Selahattin Bakinin mühakimə olunduğu məhkəmə prosesi davam edir.
Apasport.az xəbər verir ki, İstanbul 3-cü Ağır Cəza Məhkəməsində keçirilən məhkəmədə iddiaçı Eray Yazqan və tərəflərin vəkilləri iştirak edib.
Hakim iş üzrə əksik sənədlərin tamamlanması üçün məhkəməni təxirə salıb.

Xatırladaq ki, menecerlərin futbolçuları təbrik etmək üçün soyunub-geyinmə otaqlarına girmək istədiklərini və daha sonra meydançaya doğru yollandığını bildirən Yazqan, Selahattin Bakinin meydanı tərk edərkən onun ünvanına təhqiramiz ifadələr işlətdiyini iddia etmişdi.
"Fənərbaxça" klubunun prezidenti Ali Koçun Bakiyə xəbərdarlıq etdiyini vurğulayan Yazqan, Bakidən şikayətçi olduğunu bildirmişdi.

Qeyd edək ki, iddianamədə Selahattin Bakinin “təhqir” ittihamı ilə 3 ay 15 gündən 2 il 4 aya qədər həbs olunması tələb olunur.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı