Türkiyə Super Liqasında XXXII turunda “Fənərbaxça” doğma meydanda “Kayserispor”u qəbul edib.
Apasport.az xəbər verir ki, gərgin keçən qarşılaşmada ev sahibləri son dəqiqələrdə qələbəni əldən verib - 3:3.
Bu nəticə ilə çempionluq yolunda önəmli xal itirən “sarı-lacivərd”lilərin azarkeşləri matçın ardından rəhbərliyə sərt reaksiya göstəriblər. Tərəfdarlar klub rəhbərliyini istefaya səsləyiblər.
Azarkeşlər “Ali Koç istefa” şüarları səsləndiriblər.
Gərginlik bununla da bitməyib. Meydanda səsləndirilən musiqinin qarşısını almaq üçün tribunada çaxnaşma baş verib. Nəticədə bir azarkeş huşunu itirərək tribunada yıxılıb. Hadisə yerinə təcili tibbi yardım gəlib.
Həmin görüntüləri təqdim edirik:
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi