"Fənərbaxça" ulduz forvardı ilə yollarını ayırır
22.04.2025 - 16:32
"Fənərbaxça" ulduz forvardı ilə yollarını ayırır

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça”nın ulduz forvardı Edin Cekonun komandadakı gələcəyi müəyyənləşib.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” bosniyalı hücumçu ilə yollarını ayıracaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Fənərbaxça" 39 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq niyyətində deyil. 

Mənbənin məlumatına görə, forvardla İtaliya klubları yaxından maraqlanır.

Xatırladaq ki, Edin Ceko 2023-cü ilin yayından "Fənərbaxça"nın şərəfini qoruyur. 

Təcrübəli hücumçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 19 qol, 8 assistlə yadda qalıb.