UEFA Avropa Liqasının Liqa mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçiləri “Qalatasaray” və “Fənərbaxça” yollarına pley-off mərhələsində davam edəcəklər.
Artıq həmin komandaların potensial rəqibləri də bəlli olub.
“Sarı-lacivərdlilər” pley-off mərhələsində “Bodo Qlimt”/“Anderlext” ikilisindən biri ilə qarşılaşacaq. İstanbul təmsilçisi bu dueldən qalib ayrılsa, 1/8 finalda rəqibi "Olimpiakos" və ya "Reyncers" olacaq.
“Cimbom” isə “Midtyullan”/“AZ Alkmaar” komandalarından biri ilə üz-üzə gələcək. "Qalatasaray" bu səddi adlasa, İngiltərəyə səfər edəcək. Komandanın rəqibi ya "Mançester Yunayted", ya da "Tottenhem" olacaq.
Qeyd edək ki, püşkatma mərasimi yanvarın 31-də saat 13:00-da keçiriləcək.