“Fənərbaxça”da 6 itki
19.02.2025 - 21:29

"Fənərbaxça"da ciddi itkilər yaşanır.
Apasport.az xəbər verir ki, komanda Avropa Liqası pley-off mərhələsinin cavab görüşündə səfərdə "Anderlext"in qonağı olacaq.
İstanbul təmsilçisi 6 futbolçusunu Belçikaya aparmayıb. Dominik Livakoviç, Aleksandru Ciku, Çağlar Söyüncü və İsmail Yüksek zədəlidir. Allan Sen-Maksimen xəstəlik səbəbindən kollektivdən ayrı qalıb.
Cengiz Ünder isə məşqçilər korpusunun qərarı ilə heyətə daxil edilməyib.
Qeyd edək ki, "Anderlext" - "Fənərbaxça" qarşılaşması sabah keçiriləcək.
0
0