"Fənərbaxça"da daha bir ayrılıq
03.02.2024 - 23:13
"Fənərbaxça"da daha bir ayrılıq

Daha bir futbolçu “Fənərbaxça”nı tərk etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, Linkoln Enrike vətəninə geri dönə bilər.

Braziliyalı hücumameyilli yarımmüdafiəçi “Braqantino” klubuna gedir.

İddialara görə, 25 yaşlı futbolçu 4 aylıq icarə keçidinə razılaşıb. “Braqantino” mövsümün sonunda 6 milyon avro ödəyərək, orta xətt oyunçusunun hüquqlarını ala da bilər.

Oyunçunun yaxın günlərdə İstanbuldan ayrılması gözlənilir.

Qeyd edək ki, 2022-ci ilin iyulunda “Fənərbaxça”ya qatılan Linkoln bu mövsüm zədədən əziyyət çəkdiyi üçün cəmi bir matçda iştirak edib.   

0