"Fənərbaxça"da növbəti ayrılıq
04.06.2025 - 16:08
Super Liqa təmsilçilərindən "Fənərbaxça" Filip Kostiçlə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, 32 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
İstanbul təmsilçisi bu barədə Türkiyə Futbol Federasiyasına məlumat verib.
İcarə əsasında İstanbul klubunda çıxış edən Filip Kostiç başa çatan mövsümdə "sarı-lacivərdlilər"in heyətində 35 oyuna çıxıb, 2 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Fənərbaxça" daha əvvəl Allan Sent-Maksimin, Edin Ceko və Duşan Tadiçlə yollarını ayırıb.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0