“Fənərbaxça”dan 40 milyonluq stoper həmləsi: Premyer Liqadan transfer hədəfi
22.06.2026 - 17:11
“Fənərbaxça”dan 40 milyonluq stoper həmləsi: Premyer Liqadan transfer hədəfi

“Fənərbaxça” müdafiə xəttini gücləndirmək üçün yeni hədəf müəyyənləşdirib.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Vest Hem”in futbolçusu Jan-Kler Todibo ilə maraqlanır.

Fransalı mərkəz müdafiəçisi "sarı-lacivərdlilər"in transfer siyahısında yer alıb. “Fənərbaxça”nın müdafiə xəttinə yüksək səviyyəli oyunçu cəlb etmək istədiyi bildirilir.

25 yaşlı futbolçu 2024-cü ildə “Nitsa”dan “Vest Hem”ə keçib. London klubu onun transferi üçün təxminən 40 milyon avroluq satınalma şərtini aktivləşdirmişdi.

Qeyd edək ki, Jan-Kler Todibo Fransa millisində də çıxış edib.