“Fənərbaxça” Seru Girassi transferində qiyməti aşağı salmağa çalışır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Dortmund “Borussiya”sının hücumçusu üçün tələb olunan 40 milyon avrodan daha az məbləğ ödəmək istəyir.
Klub rəhbərliyi danışıqlar üçün müəyyən müddət təyin edib.
Bu müddət ərzində razılıq əldə olunmasa, “Fənərbaxça” daha əvvəl müəyyənləşdirdiyi 3 alternativ mərkəz hücumçusuna yönələcək.
Qeyd edək ki, Seru Girassi cari mövsümdə “Borussiya”nın heyətində Bundesliqada 33 oyuna 17 qol vurub.
O, 2024/25 mövsümündə isə Çempionlar Liqasında 13 qolla bombardirlər siyahısının şərikli lideri olub.
- De la Fuente: “Fransa da bizim qədər narahatdır”
- "Beşiktaş" Polşa klubuna uduzdu - Hazırlıq mərhələsində ilk məğlubiyyət
- Portuqaliyada yeni baş məşqçi - Jorje Jezuş milliyə təyin olundu
- Mane milli karyerasını bitirdi - Seneqal əfsanəsindən vida qərarı
- “Tottenhem” PSJ-nin hücumçusunu istəyir - “Yuventus” da mübarizədədir