“Fənərbaxça”dan La Liqaya
02.09.2025 - 00:34
“Fənərbaxça”dan La Liqaya

"Fənərbaxça"da daha bir ayrılıq yaşanmaq üzrədir.

Apasport.az xəbər verir ki, Dominik Livakoviç komandanı tərk etnəyə yaxındır. 

Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib. 

Onun sözlərinə görə, qolkiper karyerasını İspaniyada davam etdirəcək. O, "Jirona"ya transfer olmaq üzrədir. 

Futbolçunun keçidi icarə əsasında baş tutacaq. Tərəflər onun maaşını birlikdə ödəyəcəklər. 

Qeyd edək ki, "Dinamo Zaqreb" də qolkiperi paylaşaraq "tezliklə görüşəcəyik" deyə qeyd edib.