“Fənərbaxça”nın iki müdafiəçisi sıraya döndü
08.12.2023 - 11:57
“Fənərbaxça”nın iki müdafiəçisi sıraya döndü

“Fənərbaxça”nın zədəli futbolçularından ikisi sıraya dönüb.

Apasport.az xəbər verir ki, İstanbul klubunun üzvləri belçikalı Aleksander Djikunun ardınca daha bir müdafiəçi Sərdar Aziz də zədəsini sağaldıb.

33 yaşlı futbolçunun komanda ilə məşqlərə çıxması məşqçilər heyətini sevindirib. Futbolçunun “Beşiktaş”la dekabrın 9-da keçiriləcək İstanbul derbisində iştirakı gözlənilir.

Qeyd edək ki, bu mövsüm 8 matçda forma geyinən Sərdar 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

0